Şoltsdan Aİ ölkələrinin razılaşmasına dəstək
10 İyun 2023
Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) ölkələrinin qalmaq perspektivi olmayan qaçqınlarla daha sərt davranmaq barədə razılaşmasını dəstəkləyib.
Pressklub.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə şənbə günü Nürnberqdə Almaniya Protestant Kilsələrinin 38-ci Konqresində çıxışı zamanı bildirib.
Şolts qeyd edib ki, ölkələrin başqalarını işarə edib özünü məsuliyyətdən kənar hiss etməsinə son qoymaq lazımdır.
“Nəhayət, qaçqınların Avropada bölüşdürülməsi üçün həmrəylik sistemi yaradılmalıdır”, - o vurğulayıb.
Eyni zamanda Şolts sığınacaqla bağlı prosedurların sürətləndirəcəyinə və prosesin daha rəqəmsal olacağına söz verib: “Avropada qala bilməyənləri geri qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik”, - Almaniya hökumətinin başçısı fikrini yekunlaşdırıb. O xatırladıb ki, 2022-ci ilin fevralında Ukraynada münaqişə başlayandan sonra Almaniya artıq Ukraynadan 1 milyondan çox qaçqını qəbul edib.
Xatırladaq ki, iyunun 8-də Aİ ölkələrinin daxili işlər nazirləri sığınacaq verilməsi sistemində islahatların aparılması planlarının lehinə səs veriblər. O cümlədən qalmaq perspektivi olmayan miqrantlara qarşı daha sərt rəftar nəzərdə tutulur. Gələcəkdə təhlükəsiz hesab olunan ölkələrdən gələn insanlar sərhədi keçdikdən sonra ciddi nəzarət edilən qəbul məntəqələrinə yönəldilməlidir. Bu halda, bir qayda olaraq 12 həftə ərzində ərizəçinin sığınacaq almaq şansının olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılır. Cavab mənfi olarsa, o, dərhal geri göndərilməlidir.