“Şlyapa Zahid” hansı maddələrlə həbs olunub - Yeni detallar
31 May 2022
Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində yeni detallar üzə çıxıb.
Hazırki mərhələdə iş üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Araşdırmalar zamanı məlum olub ki, Z.Niftəliyev MN-in vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub.
Qeyd edilir ki, Z.Niftəliyevin qanunsuz əməllərindən ziyan çəkmiş şəxslərin dairəsi genişlənməkdədir.
Hazırda Z.Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var.
Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.
Onun qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etmələri tövsiyə edilir (əlaqə nömrəsi 050 295 23 23). (Qafqazinfo)