Sirkin yanında baş vermiş atışmada şübhəli bilinən üç nəfər saxlanılıb
10 Mart 2023
Polis əməkdaşları bu gün sirkin yanında baş vermiş atışmada şübhəli bilinən 3 nəfəri saxlayıblar.
Bu barədə Pressklub.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:
"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".
Qeyd edək ki, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, bu gün təxminən saat 15:00 radələrində Səməd Vurğun küçəsində Dövlət Sirkinin binasının yaxınlığında silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumata görə, iki nəfər güllə yarası alıb.
Təcili yardım maşınları hadisə yerinə gəlib. Digər detallar məlum deyil.