Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sinan Oğan "Ərdoğan" dedi

Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb.

O, bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.

O qeyd edib ki, seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözləyirmişlər.

Xatırladaq ki, "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. O, mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüş keçirib.