Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: “Türkiyə ilə müəyyən razılaşmalar əldə olunub”

“Regionda sülhün bərqərar olması Ermənistan Respublikasının qarşısına qoyduğu hədəfdir. Davamlı sülhün, təhlükəsizliyin və regionun davamlı inkişafının əsası isə yalnız açıq və konstruktiv dialoq ola bilər”.

Bu sözləri Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Minskdə keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında deyib.

“Ötən ildən Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması prosesinə başlanılıb. Bu proses çərçivəsində müəyyən razılaşmalar əldə olunub, lakin hələ heç bir real nəticə yoxdur və bir çox məsələlər həllini tapmayıb. Hesab edirik ki, normallaşma prosesi ilkin şərtlər olmadan aparılmalıdır”, - deyə Simonyan qeyd edib.