Şimali Koreyanın növbəti raket atışına ÜÇ ÖLKƏNİN REAKSİYASI
05 İyun 2022
Şimali Koreya yenidən Yapon dənizi istiqamətində ballistik raket ehtimal edilən atışlar həyata keçirib.
Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Yapon patrul gəmiləri digər gəmilərə bölgədə raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa və dərhal müvafiq qurumlarla əlaqə saxlamağa çağırıb.
Kyodo agentliyinin məlumatına görə, sözügedən raket atışlarından sonar 3 ölkənin - Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları apararaq bunu müzakirə ediblər.
Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər.
Xaatırladaq ki, ilin əvvəlindən Şimali Koreya on dəfədən çox silah sınağı keçirib.
Sonuncu mayın 25-də baş verib, Cənubi Koreya ordusunun məlumatına görə, biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.