Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sifariş verib pulunu ödədiyimiz silahları Rusiyadan ala bilmirik"

Ermənistan Rusiyadan sifariş verib pulunu ödədiyi silahları ala bilmir.

Azadtutyun-un yazdığına görə, bunu “Novaya qazeta”ya müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Jurnalistin Ermənistanın daim öz siyasi kursunu dəyişməsi ilə bağlı iradına Armen Qriqoryan “son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturasında kəskin dəyişikliklər baş verib”-deyə cavab verib.

“Müqavilə öhdəlikləri yerinə yetirilmir. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələ yenisi də yoxdur. Bu böhrandır ki, var”, - o bildirib.

Belə olanda nə etməli sualına, Armen Qriqoryanın cavabı belə olub: “Yeni mexanizmlər və silah təchizatı axtarılmalıdır, çünki obyektiv olaraq biz Rusiyaya sifariş verdiyimizi və ödədiyimizi almırıq”-cavabını verib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bir neçə belə müqavilənin olduğunu vurğulayıb.

O, həmçinin xatırladıb ki, keçən ilin sentyabrında Azərbaycanla Ermənistan arasındakı sərhəd toqquşması zamanı Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT ) addım atacağı gözləntiləriolub. “Bu, alınmadı”- Qriqoryan qeyd edib.

Təhlükəsizlik Şurasının katibi etiraf edib ki, Ermənistanda KTMT-dən çıxmaqla bağlı müzakirələr gedir. "Bu, təbii reaksiyadır", - o dediklərinə əlavə edib.