Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sibirə qədər uçmaq - Ukrayna uzaq mənzilli dron istehsalına başlayır

Ukraynanın “AeroDrone” şirkəti Kiyevdən Rusiyanın Avropa hissəsinin istənilən nöqtəsinə qədər məsafəni qət etməyə qadir pilotsuz təyyarələrin kütləvi istehsalına başlayıb.

Pressklub.az "dev.ua"ya istinadla xəbər verir ki, layihənin rəhbərlərindən olan Dmitri Şimkivinin sözlərinə görə, dronların uçuş diapazonu 1000 km-dən çoxdur, lakin təkmilləşdirilmiş PUA-lar üç dəfə çox məsafə qət edə biləcək.

“350 litrlik yanacaq çəni quraşdırsanız, məsafəni hətta 3100 km-ə qədər artırmaq olar. Burada yerdəyişmə edə bilərsiniz: dronun faydalı yükü imkanı var. Onun bir hissəsi yanacağa, bir hissəsi yükə gedir. Yəni, uçuşun məqsədlərindən asılı olaraq yükü bölüşdürmək olar”, - deyə o vurğulayıb.

Maksimum həcmli bakla "AeroDrone" PUA-sı Kiyevdən Omska qədər məsafəni qət edə bilər. Belə bir pilotsuz təyyarə Xarkovdan buraxılarsa, o, Novosibirskin ətrafına və ya böyük ehtimalla Rusiyanın ən böyük Arktika limanlarından biri olan Murmanska çata bilər.

Şirkət Ukrayna Silahlı Qüvvələrinə PUA-ların ilk partiyasının tədarükü üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Söhbət iki "AeroDrone" modelindən gedir - faydalı yükü 80 kq olan D-80 Discovery və 300 kq yük daşımağa qadir olan E-300 Enterprise.

"AeroDrone" PUA-larının qiyməti 250 min dollardan 450 min dollara qədər ola bilər. Şimkivin sözlərinə görə, hər şey müştərinin quraşdırmaq istədiyi əlavə avadanlıqdan asılı olacaq: yalnız peşəkar kameraların qiyməti 20-320 min dollar olacaq.

Rusiya fevralın sonunda Ukraynada müharibə başlayandan bəri ən böyük pilotsuz təyyarə hücumuna məruz qalıb və cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən ərazilər vurulub. Təyyarələr Ukrayna ilə birbaşa həmsərhəd olan Bryansk və Belqorod vilayətlərində, eləcə də Leninqrad vilayəti və Krasnodar diyarında görünüb. Daha bir pilotsuz təyyarə Moskva vilayətinin Kolomna şəhərində "Qazprom"un Voskresensk qaz-kompressor stansiyası yaxınlığında qəzaya uğrayıb.