Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə əldə olunanlar barədə danışıb
19 May 2023
Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşündə 2020-ci il noyabr bəyanatından sonra üç ölkə liderinin razılaşmalarının yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu barədə mayın 19-da axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrov nazirlərin görüşünün yekunlarını şərh edərkən bildirib.
Söhbət Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsindən, üç ölkənin baş nazir müavinlərinin işçi qrupunun rəhbərliyilə nəqliyyat kommunikasiyalarının açılmasından, humanitar məsələlərdən, "lakin ilk hər şeydən öncə sərhədlərin delimitasiyası və demarkasiyası" üzrə razılaşmalardan gedir. Bundan ötrü üç ölkənin iştirakı ilə sərhədlərin delimitasiyası üzrə ayrıca komissiya yaradılıb.
"Əlbəttə ki, danışıqların ayrıca mövzusu hazırda müzakirə olunan, tərəflərin üzərində işləməyə başladığı, Vaşinqton və Brüsseldəki digər vasitəçilərin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi idi", - Lavrov deyib.
"Bu gün tərəfdaşlarımız təsdiq etdilər ki, sərhədlərin delimitasiyası olmadan, nəqliyyat kommunikasiyaları açılmadan, həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çox çətindir", - rusiyalı nazir qeyd edib.
Gələn həftə nəqliyyat kommunikasiyalarının açılması məsələsilə bağlı baş nazir müavinlərinin iştirakı ilə işçi qrupunun iclası keçiriləcək. "Konkret nəticəyə ümid edirik, tərəflər artıq yekun razılaşmaya yaxındır və yaxın gələcəkdə Rusiya Federasiyasının iştirakı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasını keçirməyə razılaşdılar", - Lavrov davam edib.
Sülh müqaviləsinə gəlincə, "bir sıra maddələr üzrə tərəflərin baxışını ümumi baxışa yaxınlaşdırmaq mümkün olub və hazırda nazirlərin ikitərəfli görüşü başlayıb. Ümid edirəm ki, görüşün yekunları ilə bağlı onlar nəyə nail olduqları barədə məlumat verəcəklər", - Lavrov deyib.