Separatçılar Qarabağın reinteqrasiyası üzrə dialoqdan imtina edirlər
28 Mart 2023
Martın 28-də Qarabağ separatçılarının "Xarici İşlər Nazirliyi" rəsmi Bakının Bakıda görüş keçirmək və Qarabağın Azərbaycana reinteqrasiyası məsələlərini müzakirə etmək çağırışına dair geniş şərhlə çıxış edib.
Separatçıların bəyanatının mahiyyəti ondan ibarətdir ki, könüllü reinteqrasiyaya getməyəcəklər və bu məsələni müzakirə etməyəcəklər. Onlar Rusiya sülhməramlılarının bazasında və onların vasitəçiliyilə görüş keçirməyə hazırdırlar. "Blokadanın aradan qaldırılması" və Laçın yolunun açılmasını müzakirə etməyə hazırdırlar.
"Azərbaycan tərəfinin səsləndirdiyi görüş şərtləri, keçirilmə yeri və onun gündəliyi, habelə bu təklifin təqdim olunduğu kontekst göstərir ki, Azərbaycan hakimiyyətinin məqsədi mövcud problemlərin real müzakirəsi deyil, mümkün dialoqun pozulması və ya məcburiyyət, blokada, dözülməz yaşayış şəraitinin yaradılması və hərbi güc tətbiqilə öz siyasi gündəliyini qəbul etdirməkdir", - separatçıların bəyanatında deyilir.