Logo
news content
User
Kateqoriyalar

Xəbər

Separatçılar ictimai nəqliyyatın işini minimuma endiriblər

Qarabağın erməni əhalinin yaşadığı hissəsində separatçı rejim yanacaq çatışmazlığı səbəbindən ictimai nəqliyyatın işinə əlavə məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. İyulun 8-dən Xankəndinə gedən ictimai nəqliyyat, iyulun 10-dan isə Xankəndidən rayonlara gedən avtobus reysləri minimuma endirilib, "Kavkazskiy uzel” bildirir.

İyulun 8-dən Xankəndidə ictimai nəqliyyat iş günlərində səhər saat iki saat 07.00 – dan 09.00-dək, gündüz iki saat 12.00-dan 14.00-dək, axşam saat 18.00-dan 20.00-dək işləyir. Hər marşrutda bir və ya iki avtobus var. Şənbə və bazar günləri Xankəndi ətrafında iki avtobus işləyir.

Həmçinin rayonların Xankəndilə əlaqəsini təmin edən avtobus reysləri 50 faizdən çox azaldılıb.

Mövcud ehtiyatlar yalnız sosial ehtiyaclar üçün istifadə olunur – yanacaq təcili yardım xidmətlərinə, xilasedicilərə və ictimai nəqliyyata verilir.

Bundan öncə Azərbaycan hakimiyyəti Qarabağın erməni əhalinin yaşadığı hissəsinin Ağdam-Xankəndi yolu ilə təchiz olunmasını təklif etmişdi.

Lakin separatçılar əhalini çətinliklərə və məhrumiyyətlərə məhkum edərək inalda Azərbaycanla hər hansı əlaqələrdən imtina edirlər.