Logo
news content
User
Kateqoriyalar

Xəbər

Senatordan kəskin tənqid: “ABŞ-də 11 sentyabr terror aktı təkrarlana bilər” - FOTO

“ABŞ-də 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktına bənzəyən yeni terror aktı ola bilər”.

Bu barədə amerikalı respublikaçı senator Lindsey Qraham “Fox News”a verdiyi müsahibəsində bildirib.



Belə bir ehtimalla bağlı narahatlığını ifadə edən senator qeyd edib ki, ABŞ Prezidenti Co Bayden administrasiyasının fəaliyyəti sayəsində bu terror aktı təkrarlana bilər.

“Məncə, Baydenin dövründə Əfqanıstanda baş verənlər yeni 11 sentyabr hadisələrinə yol açıb”, - deyə siyasətçi vurğulayıb.

O, Pentaqonun sözçüsünə istinadən bildirib ki, yaxın altı ay ərzində Əfqanıstan terrorçuları gözlənilmədən ABŞ-yə hücum edə bilər.

Qraham əlavə edib ki, Əfqanıstanda terrorçuların olmadığı və bütün bu cür təhlükələrin aradan qaldırıldığı barədə iddialar yalandır. O həmçinin qeyd edib ki, Ağ Evin Əfqanıstan missiyasının başa çatması ilə bağlı hesabatı administrasiyanın, sadəcə, “günahı üzərindən atmaq və özünü təmizə çıxarmaq” cəhdidir.