Şəki kənd məktəbində kütləvi zəhərlənmə
23 May 2023
Şəki rayonunun Qudula kənd məktəbində kütləvi zəhərlənmə baş verib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Turan-a bildiriblər ki, 24 şagird və 3 müəllim zəhərlənib.
Zərərçəkənlərin hamısı Şəki şəhər xəstəxanasına aparılıb. Xəstələrin vəziyyəti normaldır və yaxın vaxtlarda evə buraxılacaqlar.
İlkin məlumata görə, zəhərlənmənin səbəbi mayın 19-da məktəbin dezinfeksiya edilməsi zamanı kimyəvi maddələrdən buxarlanma olub. Zirzəmi qatına səpilmiş dezinfeksiya maddələri buxarlanaraq zəhərlənməyə səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib, Baş Prokurorluğun mətbuat xidməti bildirib.