Səfirliyimizə hücumun yeni təfərrütları: Terrorçu səfirlik əməkdaşların evinə də atəş açıb - YENİ VİDEO
06 Fevral 2023
Bu ilin yanvar ayını 27-də Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktının təfərrüatı məlum olub.
Pressklub.az xəbər verir ki, bu barədə XİN-də keçirilən brifinqdə məlumat verilib.
Məlum olub ki, terrorçu səfirlik binasında yaşayan əməkdaşların ailə üzvlərinin mənzillərinə də atəş açıb. Onun məqsədi binadakı hər kəsi öldürmək olub.
Həmin vaxt səfirliyinin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev də terrorçunun açdığı atəş nəticəsində çiynindən və çənəsindən yaralanıb. V.Tağıyev avtomatı terrorçunun əlindən almağa çalışıb. Bu zaman terrorçu onu çiynindən vurub. Amma Vasif Tağıyev avtomatın darağını çıxara bilib. Bundan sonra terrorçu cibindən tapança çıxararaq Vasifin çənəsindən atəş açıb.
Vasif Tağıyev özünü itirməyərək. terrorçunu binadan çıxara bilib. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxarmağa müvəffəq olub.
İran polisi düz 40 dəqiqə ərzində davam edən insidentə reaksiya verilməyib.
https://www.youtube.com/watch?v=ZPh1n7uYF4k&t=669s