Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Sədərək”dəki yanğın qəsdən törədilibmiş - Həbs edilən var

“Sədərək” ticarət mərkəzində 27 mağazanı qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb.

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.