Seçkilər ikinci tura keçdi: Necə olacaq?
15 May 2023
Türkiyədə prezident seçkilərinin nəticələri bəlli oldu.
Pressklub.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ahmet Yener birinci turda namizədlərdən heç birinin tələb olunan 50+1 faiz səs yığa bilmədiyini və bu səbəbdən prezidentin ikinci turda seçiləcəyini açıqlayıb.
Bəs ikinci turda nə baş verəcək?
Məlumat üçün bildirək ki, ikinci turda ən çox səs qazanmış iki namizəd mübarizə aparacaq. Yəni, seçicilər iki namizəd arasında seçim edəcək. Səsvermənin nəticəsinə əsasən, ən çox səs qazanmış namizəd Türkiyənin 13-cü Prezidenti olacaq.
Qeyd edək ki, ikinci tur namizədlərdən heç birinin 50 faizdən çox səs qazanmadığı halda baş verir.
Onu da əlavə edək ki, seçkilər ikinci tura keçəcəyi təqdirdə seçicilər birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedəcəklər. Seçkinin birinci turunda səs verməyən seçicilər ikinci turda öz səslərini verə biləcəklər.
Hazırda nə Rəcəb Tayyib Ərdoğan, nə Kamal Kılıcdaroğlu, nə də Sinan Oğan kifayət qədər səs qoplamadığından, seçkilərin ikinci turu olacaq. Sinan Oğan ən az səs toplamış namizəd olduğundan, avtomatik olaraq seçkidən kənarlaşdırılır. Beləliklə, ikinci turda Ərdoğan və Kılıcdaroğlu yarışacaqlar.