Şarl Mişel görüş barədə: Sülh sazişi, Naxçıvana yolun açılması, məhbusların azad edilməsi, Qarabağ ermənilərinin hüquqları - VİDEO
15 May 2023
Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Avropa Ittifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxış edib.
“Bu gün Brüsseldə prezident Əliyevlə baş nazir Paşinyanın beşinci görüşündə qonaq olmaqdan məmnun oldum.
Bizim fikir mübadiləsimiz səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.
Liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı ifadə edibllər. Mən onların müvafiq səylərini yüksək qiymətləndirirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik.
ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır.
Sərhəd məsələlərində biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər.
Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq.
Kommunikasiyalara gəlincə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda mövqelər hazırda bir-birinə çox yaxındır, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası ilə bağlı. Onların müvafiq qruplarına konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşdırılması tapşırılıb. Onlar həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatını cəlb etmək barədə razılığa gəliblər.
Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha çox məhbusun sərbəst buraxılacağı anlaşılırdı. Mən, həmçinin, qarşılıqlı anlaşmanın saxlanmasının vacibliyini vurğuladım ki, sadəcə olaraq azmış hərbi qulluqçular bundan sonra da sürətləndirilmiş əsaslarla azad olunacaqlar.
Biz, həmçinin itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin vacibliyini müzakirə etdik.
Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəm hazırlamağa çağırdım. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini də qaldırdım.
Düşünürəm ki, qarşılıqlı məqbul nəyicə əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla hərəkət etmək və liderlik nümayiş etdirmək vacibdir.
Aİ-nin heç bir gizli planı yoxdur. Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Biz Brüsseldə lazım olan qədər görüşlər keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə yenidən görüşəcək. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz çox yaxın gələcəkdə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Sammiti çərçivəsində Fransa prezidenti Makron və Almaniya kansleri Şolzla yenidən görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək üçüncü ASB sammiti çərçivəsində növbəti görüşə dəvət etmək niyyətindəyəm”.
[video width="1280" height="720" mp4="https://pressklub.az/wp-content/uploads/2023/05/pressremarks.mp4"][/video]