Logo
news content
User
Kateqoriyalar

Xəbər

Salyanda ər və arvad qətlə yetirilib

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, İsrafil Məmmədov əvvəllər Kərimbəyli kəndində tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb.

Əlavə məlumat veriləcək.