Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sakit okeanda 7,7 bal zəlzələ

Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.

Pressklub.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 416 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 45 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə hələ məlumat yoxdur.