Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saakaşvilinin səhhəti pisləşib

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə açıqlamasında onun vəziyyətinin pisləşdiyini deyib.

Kipişidze Rustavi şəhərində Saakaşviliyə baş çəkdiyini və onun sağlamlığının pis olduğunu, xüsusilə ürəyində problemlər olduğunu bildirib.

"Onun vəziyyəti son dərəcə qeyri-stabildir. Bundan başqa, Saakaşvili çəkisinin 10%-ni itirib. Bu gün testlərin cavablarını aldıq və onları konsiliumla müzakirə etdik. Bir həftə əvvəl keçirilən son məsləhətləşmə ilə müqayisədə nəticələr daha pisdir. Keçmiş prezident zəifləyib və ürək döyüntüsündən şikayətlənir", - deyə həkim vurğulayıb.(Trend)