Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruspərəst ukraynalı rejissor: “Qərb Zelenskini aradan götürə bilər”

“Qlobal müharibə təhlükəsi səbəbindən Qərb liderləri Ukrayna Prezidenti Volodimir Zelenskini aradan götürə bilərlər”.

Belə bir proqnozla ukraynalı rejissor İqor Lopatenok çıxış edib. O, bu barədə “Twitter” hesabında bildirib.

İqor Lopatenokun sözlərinə görə, hazırda Zelenski rejiminin trayektoriyası üçüncü dünya müharibəsinə aparır.

“Əminəm ki, bunu nə Rusiya, nə də Qərb sivilizasiyası istəmir. Ona görə də mən proqnoz verə bilərəm ki, Qərb nümayəndələri üçün növbəti addım Zelenskini aradan götürmək və bununla da Ukrayna müharibəsini dondurmağa çalışmaq olacaq”, - deyə Lopatenok qeyd edib.

Qeyd edək ki, Ukraynada doğulan rejissor daha sonra Rusiya və ABŞ vətəndaşlığı alıb. O, ruspərəst mövqeyi ilə məşhurdur.