Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya kimlər dost, kimlər düşməndir?

Rusiyaya ən yaxın olan dost ölkələr Bolqarıstan, İtaliya, Avstriya və Macarıstandır.

Bu barədə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) saytında məlumat verilib.

Məlumat 2023-cü ilin aprelində Avropa İttifaqının 11 ölkəsində böyüklər arasında aparılan sorğuya əsaslanıb. Təqdim olunan məlumatlara görə, orta hesabla Rusiyanı Avropanın “rəqibi” və ya “düşməni” hesab edən respondentlərin nisbəti təxminən üçdə birdən üçdə ikiyə qədər artıb.

Eyni zamanda Bolqarıstan, İtaliya, Avstriya və Macarıstan Rusiyaya qarşı dostluq baxımından lider olublar. Belə ki, vətəndaşların müvafiq olaraq 65, 24, 34 və 39 faizi Rusiyanı müttəfiq dövlət və lazımi tərəfdaş adlandırıb.

Rusiyanın tərəfdaş kimi qəbul edilməsində Danimarka, Polşa və İsveç sakinləri müvafiq olaraq 7, 8 və 10 faizlə ən aşağı göstəriciyə imza atıblar.