Rusiyanın yeni taktikası: Döyüşə məhbus qadınları aparır
13 Mart 2023
Cəbhədə ciddi uğurlar əldə edə bilməyən, canlı qüvvə çatışmazlığı yaşayan Rusiya yeni üsula əl atıb.
Pressklub.az Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülleteninəxəbər verir ki, Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb edir.
Bildirilib ki, böyük şəxsi heyətin itkiləri fonunda Rusiya alternativ canlı qüvvə axtarır:
“Ölən məhbusların qatarlarla Donetsk vilayətinə doğru hərəkəti qeyd edilib. Vaqonlardan birində məhkum qadınlar var".
Məlumatda, həmçinin bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində düşmənin zenit-raket kompleksinə, eləcə də qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 6 zərbə endirib:
“Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, həmçinin 2 döyüş sursatı anbarına və yanacaq-sürtkü materialları anbarına zərbələr endirilib”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.