Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın təhsil nazirinin müavini ölüb

Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko 47 yaşında vəfat edib.

Pressklub.az xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir müavini Kubaya ezamiyyətdən qayıdarkən təyyarədə halı pisləşib.

“Təyyarə Mineralnıye Vodı şəhərinə enib, orada həkimlər kömək etməyə çalışsalar da, Pyotr Aleksandroviçi xilas edə bilməyiblər”, - qurumun saytında bildirilib.