Rusiyanın neft-qaz gəlirlərinin həcmi açıqlandı
02 May 2022
Cari ilin yekunlarına görə, neft və qazın satışından Rusiya büdcəsinin gəlirləri enerji qiymətlərinin kəskin artması səbəbindən əvvəlki iki ilin nəticələrini əhəmiyyətli dərəcədə üstələyərək 260 mlrd. ABŞ dollarına çatacaq.
Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitikləri belə hesab edir.
“Bu il Rusiya neft hasilatında ciddi azalma gözlənilsə də, neftin qiymətinin kəskin artması ilə əlaqədar vergi daxilolmaları əhəmiyyətli dərəcədə artaraq 180 mlrd. dollardan çox olacaq”, - məlumatda bildirilir.
Qeyd olunur ki, Avropada təbii qaza Asiyada isə mayeləşdirilmiş təbii qaza olan həddindən artıq yüksək qiymətlər 2022-ci ildə Rusiya üçün 80 mlrd. dollar vergi gəliri yaradacaq.