Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın dövlət kanalında nüvə raketinin ATIŞ SXEMİ yayımlandı

"Sarmat raketi göndərsək, Britaniya adaları deyə bir şey olmayacaq”

Bu fikri Rusiyanın "Rossiya 1” dövlət televiziyasında yayımlanan "60 dəqiqə" proqramında politoloq Aleksey Juravlyov Moskvanın nüvə silahından istifadə ehtimalının müzakirəsi zamanı deyib.

"Biz hər şeyi sıfırdan başlayırıq. Bizi dövlət terroru törətməkdə ittiham edirlər”, - deyə Juravlyov əlavə edib.

Verilişdə həmçinin nüvə raketlərinin atış istiqamətləri əks olunan xəritə də nümayiş etdirilib. Plana görə, Rusiyanın Kalininqrad bölgəsindən göndəriləcək raketlərin Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çata biləcəyi bildirilib.