Rusiyanın daha bir generalı məhv edildi
19 Mart 2022
Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev məhv edilib. Bu barədə məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.
Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qoşunlarına zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.
Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:
“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib. Düşmənin itkiləri dəqiqləşdirilir”.