Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın beynəlxalq maliyyə ehtiyatları “əriyir”

Rusiya Federasiyasının beynəlxalq maliyyə ehtiyatları ötən həftə ərzində 3 milyard dollar azalaraq 586,3 milyard dollar təşkil edib.

Bu barədə Rusiya Bankı məlumat yayıb.

“Beynəlxalq ehtiyatların həcmi yenidən qiymətləndirmə, habelə fiskal qayda çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 3 milyard ABŞ dolları və ya 0,5% azalaraq mayın 26-na 586,3 milyard ABŞ dolları təşkil edib.”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynada hərbi münaqişəyə başlamazdan öncə 2022-ci ilin yanvar ayına olan məlumata əsasən Rusiyanın ehtiyatları 640 milyard dollara yaxın idi.