Rusiyanın 250 diplomatı Avropadan qovulur
07 Aprel 2022
Ukraynada müharibə başlayandan bəri Qərb ölkələrindən çıxarılan Rusiya diplomatlarının sayı 250-yə çatıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, İtaliya 30, Danimarka 15, İsveç 3, Fransa 30, Almaniya 40, Niderland 17, Belçika 21, İrlandiya 4, Çexiya 1, Şimali Makedoniya 5, Polşa 45, Bolqarıstan 12, Litva 4, Estoniya 3, Latviya 3, Slovakiya 3, Monteneqro 1, Lüksemburq 1, Norveç 3 Rusiya diplomatını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.
Bundan baqaş, ABŞ Moskvanın BMT-dəki nümayəndəliyinin 12 diplomatını ölkədən qovub.
Ukraynada müharibə başlayandan sonra Rusiya diplomatlarından persona non-qrata elan etməyən Avropa dövlətlər isə Avstriya, Albaniya, Bosniya-Hersoqovina, Böyük Britaniya, Vatikan, Macarıstan, Cənubi Kipr, Malta, Moldova, Serbiya, Finlandiya, Xorvatiya, İsveçrədir.
Məlumata görə, Rusiyanın Monoko, Lixtenşteyn, San-Marino və Andorrada diplomatik nümayəndəliyi yoxdur. Moskvanın Fransa, İtaliya və İspaniyadakı səfirlikləri o ölkələr üzrə akkreditasiya olunublar.