Rusiyadan gələn ərzaq terroru - Asılılıqdan qurtulmaq əvəzinə "əlaqələrə" sevinirik
17 May 2022
“Bəzi uzaqgörməyən məmurlarımız Rusiya ilə ticarət əlaqələrinin genişlənməsini nailiyyət kimi qeyd edib, bununla öyünüblər. Ancaq onlar bilməyiblər ki, biz onlardan aslı vəziyyətə düşdükcə ərzaq silahı ilə hücum edəcəklər”.
Bunu G-7 ölkələrnin qida təhlükəsizliyini müzakirə etməsi, gözlənilən qıtlıq və Azərbaycanın qida təhlükəsizliyinin vəziyyətini şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli deyib.
Nazim Bəydəmirli bildirib ki, Rusiya işğalçı siyasəti ilə həm də dünyanın qida təhlükəsizliyini zərbə altına qoyub:
“Ukraynaya hücum edən Rusiya həm də dünyada ərzaq bahalaşmasına gətirib çıxarıb. Bir neçə ölkənin milyonlarla vətəndaşı, BMT-nin statistikasına görə, müxtəlif ölkələrin 47 milyon insanına vaxtında ərzaq çatdırılmasa, onlar aclıqdan ölə bilərlər. Müharibə başlayandan sonra mart ayında dünyada qiymət 33 faiz artıb. Bu ən yüksək göstəricilərdən biridir. Rusiya ilə yanaşı, Ukrayna dünyada həm taxıl, həm də günəbaxan yağı, şəkər tozu, ümumiləşdirsək, vacib qida məhsulu ixracatına görə dünyada ən yuxarı yerlərdən birini tutur. Təqribən 20 milyon ton taxılın Ukraynadan çıxarılması üçün təşəbbüs edirlər. Ukrayna portları, limanları blokadada, Rusiyanın atəşi altındadır. Rusiyalı “bandit”lər təqribən 400 min ton taxılı artıq çıxara bilib. Hətta peyk izləmələri ilə görünür ki, gəmilərdən biri Latakiya limanına yan alıb. Rusiya həm bölgə, həm də dünya üçün ərzaq terroru həyata keçirir.
Azərbaycan hökuməti Rusiyanın çətiri altında nə iqtisadi, nə siyasi, nə də hərbi birlikdə olmalıdır. Mütləq şəkildə onlardan uzaq durmalıyıq. Təbii ki, ikitərəFli, mədəni əlaqələr davam etməlidir, o da qarşılıqlı hörmət əsasında. Hesab edirəm ki, Azərbaycanın həm iqlim şəraiti, həm yerləşdiyi mövqe imkan verir ki, ölkəmiz qida təhlükəsizliyini təmin edə bilsin. Ancaq əkin sahələri ilə bağlı problemlər var. İllər boyu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində əkin sahələri şoranlaşıb. Korrupsiyanın nəticəsi olaraq texniki bitkilərin əkilməsi üçün piar aparılıb. Həmin ərazilər məmurların yaramazlığı ucbatından şoranlaşaraq dövriyyədən çıxarılıb.
Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyinin əsas hissəsidir. Bunun yeganə yolu məmur sahibkarlığının ləğvi, iqtisadi rəqabətə, sahibkarlığa dəstək olmaqdır. Bu olmasa, biz özümüzü ərzaqla təmin edə bilmərik. Ona görə də doğru-dürüst statistika aparılmalıdır. Gömrük orqanları həmişə statistikanı saxtalaşdırıb. Ölkə başçısı da çıxışlarında bildirmişdi ki, bəzi qurumlar real olmayan statistika təqdim edir”.
Azərbaycandakı qiymət artımına gəldikdə isə Nazim Bəydəmirli bunları deyib:
“Azərbaycan idxaldan asılı olan ölkədir. Gömrük Komitəsi idxal bəyannamələrində sahibkarların verdiyi invoysları qəbul etmir və özündən bir qiymət tətbiq edir. Bununla da dövlət orqanı bahalaşan ərzağı yenidən bahalaşdırır. Bunların hamısı kompleks həll olunmalıdır. İndiki hökumətlə bu məsələlərin həll olmasında heç bir perspektiv görmürəm. Hökumətdə təmsil olunan şəxslərin biliyi, savadı adekvat deyil. Piar kampaniyası və şəxsi təşəbbüs yoxdur. Yuxarıdan kim təşəbbüs göstərdisə, onun həyata keçirilməsi üçün yarış aparırlar. Özlərini siyasi rəhbərliyin qarşısında yaxşı göstərmək istəyirlər. Belə olan şəraitdə layihələr perspektivli olmur.
Ən pisi də odur ki, idxalda Rusiyadan 15 faiz asılıyıq. Rusiya bizə böyük təhdiddir. İllər boyu Rusiya Azərbaycanı özündən aslı vəziyyətə salıb. Təəssüf ki, bizim bəzi uzaqgörməyən məmurlarımız Rusiya ilə ticarət əlaqələrinin genişlənməsini nailiyyət kimi qeyd edib, bununla öyünüblər. Ancaq onlar bilməyiblər ki, biz onlardan aslı vəziyyətə düşdükcə ərzaq silahı ilə hücum edəcəklər. Bu hücum ötən ildən başlamışdı. Keçən ildən başlayaraq taxıla aksiz vergisi gətirildi. Buğdanın böyük hissəsi Rusiyadan gəlir. İlin əvvəlində qiymətlər artdı və sosial vəziyyət pisləşdi”. (Yenicag.az)