Rusiyadakı azərbaycanlılar: Orduya aparılan da var, müharibədən yayınan da...
27 Yanvar 2023
Rusiyada yaşayan azərbaycanlılar orduya çağırışın sayının artdığını deyirlər. Bu haqda AzadlıqRadiosuna bir neçə azərbaycanlı danışıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezidentə səfərbərliyin noyabrda başa çatdığına dair məruzə etmişdi. Ancaq Prezident Vladimir Putin sentyabrda elan edilmiş qismən səfərbərliyin bitməsi barədə hər hansı fərman imzalamayıb.
Əslən azərbaycanlı, 25-yaşlı Rusiya vətəndaşı T.A. yanvarın 5-də səfərbərlik çağırışı alıb və iki həftə öncə orduya cəlb edilib. Onun adını anonim saxlamaq istəyən qardaşı danışır ki, 10 ildən çoxdur Rusiya vətəndaşıdırlar. Özünün yaşı çox olduğuna görə ona çağırış gəlməyib: "Müharibənin qızğın vaxtlarında qardaşıma çağırış gəlmədiyi üçün sevinirdik. Hətta dedilər ki, səfərbərlik qurtarıb. Amma elə bu dedi-qodudan bir az sonra iş yoldaşım gürcüyə, sonra da qonşum azərbaycanlıya çağırış gəldi. Ondan sonra istədik ki, sənəd düzəldək, qardaşım getsin başqa ölkəyə. Bizi yubatdılar, gah vəsiqə problemi oldu, gah sistem işləmədi. Yanvarın 4-də qardaşıma zəng gəlmişdi, açmamışdıq, 5-də isə artıq rəsmi çağırış aldıq. Getməsə, cərimələnə bilərdi, məcbur olduq yola saldıq. Gedən gündən danışa bilmirdik, üç gün əvvəl zəng etdi ki, hələ döyüşlərə qoşulmayıb. Belə başa düşdüm ki, ehtiyatda saxlanılır. Ola bilər ki, təlim məqsədilə səfərbərlik adı ilə çağırılıb".
AzadlıqRadiosunun müsahibi özünün də nə vaxtsa müharibəyə cəlb oluna biləcəyini istisna etmir və buna görə də Rusiyadan çıxmağı planlaşdırdığını deyir.
Altı ildir Rusiyada yaşayan, tam adının açıqlanmasını istəməyən Əliyev müharibə başlayandan iqtisadi vəziyyətin pisləşməsindən gileylənir. O, müharibəyə getmək istəmədiyini, ancaq iqtisadi səbəblərdən ölkədən çıxa bilmədiyini söyləyir.
"Müharibədən az sonra sanksiyaların tətbiqi əhalinin durumunu pisləşdirib. Ətrafımızda neçə nəfər öldü, neçə nəfər isə indi ölümlə üzbəüzdür. Dostlarımız ilə əlaqələr yarada bilmirik. Müharibəyə aparılan iş yoldaşlarım arasında ikisi gürcü, biri azərbaycanlı olmaqla beş nəfərin nəşini gətirdilər. Evin tək oğluyam, qorxuram ki, müharibəyə apararlar, ona görə də istədim gəlim Bakıya. Amma yaxın günlərə bilet tapmadım, üstəlik də, çox baha idi. Bilet də bahadır. Eşitdiyimə görə, Azərbaycana getmək istəyənlər arasında hava limanında saxlanan da olub. Hər günü ürəyim əsə-əsə açıram ki, birdən müharibəyə çağırılaram. Ən çox isə qorxuram ki, nişanlımın vətəni olan Ukraynaya qarşı döyüşərəm. Çünki ona söz vermişdim ki, müharibəyə çağırsalar, sonu həbs olsa da, getməyəcəyəm", – Əliyev deyir.
O, quru sərhədlərin açılmasına ümid edir, yalnız bu halda Azərbaycan hökumətinin öz vətəndaşlarına sahib çıxa biləcəyi qənaətindədir. Azərbaycanın quru sərhədləri 2020-ci ildən – koronavirus pandemiyası başlanandan bağlıdır.
Rusiya vətəndaşı olan 55-yaşlı azərbaycanlı ana 22-yaşlı oğlunun səfərbərliyə cəlb ediləcəyini düşünür. O, qonşuluğunda yaşayan azərbaycanlılar arasında müharibəyə aparılanların artdığını vurğulayır: "Bakıda heç kimim yoxdur deyə, qayıda bilmirəm. Yoldaşım da onsuz orada müharibədə ölüb. (o, həyat yoldaşının Ukraynada müharibədə deyil, iğtişaş tipli atışmalarda öldürüldüyünü deyir – red.) İndi də yuxum ərşə çəkilib ki, bir gün zəng gələcək, oğlumu da aparacaqlar. Övladlarıma izah edirəm ki, Ukrayna qardaşdır. Amma onlar istər-istəməz çöldəki küyə düşürlər. Oğlum özü getmək də istəyir, hələ ki qarşısını alıram. Pul düzəldə bilsəm, çıxacam ölkədən. Azərbaycanda balaca daxmada yaşayaram bəlkə, amma Putinin belə sistemində yaşamaq mənə lazım deyil".
Həmsöhbətimiz həmçinin Moskva məktəblərində vətənpərvərlik təbliğatının son bir ildə gücləndirilməsindən danışır: "Vacib söhbətlər adı ilə Putinin siyasəti təriflənir. Qızımın müəllimləri də bundan narazıdır, amma əmr böyük yerdəndir. Bu yaxınlarda qızıma "Ukrayna bizim düşmənimizdir" yazılmış plakat veriblər. Görəndə başıma od ələndi. Cırıb, tulladım".
Ötən sentyabrında Rusiyada şagirdlərə vətənpərvərlik dərsləri keçilməyə başlayıb. Təhsil Nazirliyinin məlumatına görə, məktəblilər "Vətənə məhəbbət aşılamaq" məqsədilə həftəlik mühazirələrə məcburi qatılmalıdırlar.
Ötən ilin sentyabrında Rusiyada rəsmi səfərbərlik elan olunanadək mütəxəssislərin "gizli səfərbərlik" adlandırdığı üsulla yüksək maaş təklifi ilə orduya könüllülər cəlb edilib.
Rusiyada səfərbər olunan 300 min nəfərdən 87 mininin Ukraynada döyüş zonasına göndərildiyi bildirilir. BBC və "Mediazona"nın jurnalistləri açıq mənbələr əsasında Ukraynadakı müharibədə 10 mindən çox rusiyalı hərbçinin, o cümlədən səfərbər edilən 430 nəfərin öldüyünü təsdiqlədib. Səfərbərlər cəbhəyə göndəriləndən sonra döyüşdən imtina hallarının olduğu xəbər verilib. Onların işgəncələrə məruz qalması iddiaları var.
Rusiya ötən il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək şərqi Donbas regionunda separatçıları dəstəkləməyə başlayıb. Qərb Rusiyaya ağır sanksiyalar tətbiq edib.
Ötən payızdan Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçərək Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb. Bu müharibə nəticəsində on minlərlə insan həlak olub, milyonlarla insan evindən didərgin düşüb.

Azərbaycanlılar döyüşə çağırılır...

Ölkəni tərk etmək istəyənlər

Anaların da yuxusu ərşə çəkilib...

Səfərbərlik belə başladı...