Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada zavodda olay: “İL-76MD” təyyarəsi partlayıb

Rusiyanın Ulyanovskdakı “Aviastar” zavodunda “İl-76” təyyarəsinin sınaqları zamanı ölümlə nəticələnən faciə baş verib.

Pressklub.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Bildirilib ki, sınaq uçuşu zamanı “İl-76MD” partlayıb.

Rusiya KİV-in məlumatına görə, partlayış hərbi nəqliyyat təyyarələrinin “gövdəinin” bölməsinin sınağı zamanı olub. Partlayış nəticəsində “gövdənin” məhv edildiyi bildirilib. Hadisənin səbəbi araşdırlır.

Bildirilib ki, havanın yüksək təzyiqi altında “IL -76 MD” təyyarələrinin gövdəsi sınaqdan keçirilib. İlkin məlumata görə, bu vaxt sızma baş verib və partlayış yaranıb. Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Məlumatda təyyarənin çox bahalı olduğu vurğulanıb.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.