Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada yeni kütləvi səfərbərlik? - Bu dəfə tələbələr da aparılacaq

Döyüş meydanında ciddi itkilər verən və ilk gündən qarşısına qoyduğu məqsədlərə nail ola bilməyən Kreml yeni sərt addımlara hazırlaşır. Artıq elit qüvvələrini itirən və birinci səfərbərlik dalğası kifayət etməyən Rusiya hakimiyyəti ikinci səfərbərliyə hazırlaşır.

Pressklub.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyada səfərbərliklə bağlı yeni kəşfiyyat məlumatları əldə edib. Bu məlumatlara görə, hakimiyyət əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir”.

Bildirilib ki, Rusiyada səfərbərliyin növbəti dalğası üçün hazırlıqlar görülür: “Novosibirsk Dövlət Pedaqoji Universiteti, Tomsk Politexnik Universiteti, Tomsk Dövlət Pedaqoji Universitetində artıq hazırlıqlar başlayıb”.

Məlumata görə, Rusiyada səfərbərlik aprelin 1-dən - hərbi xidmətə yaz çağırışının başlanmasından əvvəl həyata keçiriləcək və lazım gələrsə, çağırışın başlanması gecikdirilə bilər.

Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.