
Rusiyada strateji raketdaşıyan hərbi təyyarə qəzaya uğrayıb
03 Aprel 2025
Rusiyanın İrkutsk vilayətində strateji raketdaşıyan Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəzaya səbəb texniki nasazlıq olub.
"SHOT"un məlumatına görə, qəzaya uğrayan təyyarə heç bir döyüş yükü daşımayıb.
Ekipaj katapult edib. Pilotun həlak olduğu bildirilib.
Təyyarə düşən zaman elektrik naqillərinə dəyib, ərazini işıqsız qoyub.