“Rusiyada dövlətin tikişi sökülür” - MÜSAHİBƏ
08 İyun 2023
Rusiyada nə baş verir (sanki hər şey xaosun başlanğıcını xatırladır) və Rusiya hakimiyyəti, o cümlədən hərbi rəhbərlik niyə bu qədər aciz görünür?
Bu və digər sualları rusiyalı siyasətçi, Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, Federal Təhlükəsizlik Xidmətinin istefada olan general-mayoru Yevgeni Savostyanov cavablandırır:
- Ondan başlayım ki, hazırda biz tək böyük müharibə ilə deyil, yəqin ki, müasir dünyada nüvə qüvvələrinin iştirakı olmadan mümkün olan ən böyük hərbi münaqişə ilə məşğuluq. Artıq onlarla ölkə birbaşa və ya dolayısı ilə müharibədə iştirak edir. Donanmalar, raketlər (strateji olanlar istisna olmaqla), aviasiya, tank orduları və s. cəlb olunub. Ukrayna öz silahlı qüvvələrinin tərkibini və strukturunu sürətlə dəyişir, sovet standartlarından NATO standartlarına keçir. Ukraynada yeni silah növləri peyda olan kimi onlardan istifadə etməyə başlayırlar. Hər hansı yeni silahda olduğu kimi, buna da (Rusiya Silahlı Qüvvələri tərəfindən - red.) dərhal reaksiya verilmir.
Biz başqa şeyləri də - Rusiyanı onilliklər və bir çox cəhətdən hətta əsrlər əvvələ geri atan prosesləri də görürük. Bu, bir növ feodallaşma sistemində təzahür edir. Şəxsi ordular yaranıb: birinci, ikinci, üçüncü, dördüncü... İdarəçilikdə ziddiyyət getdikcə artır.
Qeyd etmək vacibdir ki, Rusiya Silahlı Qüvvələrinin əsas səyləri Ukrayna Silahlı Qüvvələri ilə qarşıdurmada cəmləşib. Rusiyanın Belqorod vilayəti ərazisində pilotsuz təyyarələrin uçuşları, partizan fəaliyyəti, təxribat reydləri hələlik böyük hərbi əhəmiyyət kəsb etmir, lakin diqqəti yayındıran və təbliğat xarakteri daşıyır. Burada daha bir vacib detal var: bu, hava hücumundan müdafiə sisteminin döyüş birləşmələrinin və Rusiyanın sərhəd mühafizəsinin hansı keyfiyyətdə olduğu barədə kəşfiyyat məlumatının əldə olunmasına kömək edir.
Son hadisələr göstərir ki, idarəçilik sistemi qaydasında deyil. Lakin Rusiya dövlətinin hakimiyyətin əsrin, təxminən, dörddəbirini şəffaf tənqidə qapalı olduğu bir rejimdə yaşadığını düşünsəniz, bu, təəccübləndirmir.
Qüsurlar üst-üstə yığılır: oğurluq və bacarıqsızlıq, insanları rasionallıq əvəzinə şəxsi sədaqət prinsipi ilə irəli çəkmək, rəqabətin və qarşılıqlı yardımın olmaması. Ümumiyyətlə, dövlət idarəçiliyində tam nizamsızlıq görürük.
- Şəxsi ordular mövzusuna toxundunuz. Başqa bir ölkədə qeyri-mümkün olan heyrətamiz bir hadisə baş verdi: “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) qərəz zəminində “Vaqner”çilərə hücum etmək qərarına gəlmiş Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantını əsir götürdü. Bu “Vaqner”çilər də öz növbələrində Rusiyanın tərəfində vuruşurdular. Nə baş verir?
- Dediniz ki, “Vaqner” Rusiyanın tərəfində vuruşur. Bu, səhvdir. Belə daha düzgün olardı: “Vaqner” “Vaqner”in tərəfində vuruşur. Rusiyanın Müdafiə Nazirliyində mənim başa düşdüyüm qədər, heç kim “Vaqner”çilər qarşısında onların gördüyü işlərlə bağlı vəzifələr qoymayıb. Onlar özləri üçün, əgər belə demək mümkündürsə, bir növ “pay” aldılar. Tez uğur qazanacaqlarına söz verdilər, amma alınmadı. Sonra məhbusları özəl hərbi şirkətə götürmək üçün müstəsna hüquq tələb etməyə başladılar və bunu da yəqin ki, normal dövlətdə təsəvvür etmək olmaz.
Sonra çox güclü, möhkəmləndirilmiş mövqelərə hücum etdilər, amma yenə də deyirəm, kənardan kiminsə onların qarşısına belə bir vəzifə qoyduğu görünmür. Beləliklə, çox güman ki, bu, “Vaqner” ÖHŞ-yə nəzarət edən Yevgeni Priqojinin bir növ şəxsi öhdəliyi idi. İqlim şəraitinə görə bütün digər cəbhələrdə döyüşlərin azalma mərhələsinə qədəm qoyduğu bir vaxtda yalnız Priqojinin siyasi ambisiyaları naminə bütün bu əməliyyat (Baxmutda - red.) baş verdi.
Amma siz düzgün sual verirsiniz. Hazırda Rusiyada baş verənlər bir qədər Sudandakı vəziyyətə bənzəyir, orada ordu ilə ölkənin çevik qüvvələri arasında qarşıdurma olub. Bunu Somalidə, ya da Suriyada təsəvvür etmək olar. Amma heç bir normal dövlət güc tətbiqində inhisarı məhv etməyə getməz.
Özəl hərbi şirkətlərin yaranması nə deməkdir? Bu, elə güc tətbiqi ilə bağlı inhisarın məhv edilməsidir. Ordudakı əsgərin düşməni öldürmək hüququ var: amma bu, həmin əsgərin bir növ xüsusi olduğuna görə deyil, and içdiyinə və nizamnamə çərçivəsində hərəkət etdiyinə görə belədir. O, and içməklə özünü şəxsi məsuliyyətdən azad edir, bunu dövlətin çiyninə qoyur.
Bəs “Vaqner”çilər dövlətə sədaqətə and içiblər? Ümumiyyətlə, nəyə əsaslanaraq, üstəlik Rusiyanın özününkü elan etdiyi ərazidə (hüquqi tərəfini müzakirə etməyəcəyik) kimlərisə öldürürlər? Bu, dövlət quruluşunun dağıdılmasının ən mühüm əlamətidir. “Vaqner”çilərə bunu etməyə icazə verilməsi və heç kimin vəziyyəti anlamaması, onlara mane ola bilməməsi ancaq onu göstərir ki, Rusiyada dövlət dağılır.
- Bəs Rusiya rəhbərliyi, prezident, yaxud elə müdafiə naziri Şoyqu bunu görmür?
- Şoyqu, əlbəttə ki, hər şeyi görür və eşidir (gülür - red.). Priqojinin ona hansı epitetləri “yapışdırdığını” xatırlayaq. Rusiya Federasiyasının müdafiə naziri “Vaqner”in rəhbəri üçün əsas hücum obyektlərindən biridir. Rəhbərlik görür, başa düşür, amma heç nə edə bilmir. Təbii ki, Şoyquya və ya Baş Qərargah rəisi Gerasimova sərbəstlik verilsəydi, o zaman Priqojindən, yoldaş Beriyanın dediyi kimi, ən yaxşı halda yalnız “NKVD” lagerinin tozu qalardı.
Lakin buna baxmayaraq, Priqojinə uzun müddət Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyinə “palçıq atmağa” icazə verildi. Rusiya Silahlı Qüvvələrinin zabitləri üçün ÖHŞ rəisi tərəfindən açıq şəkildə təhqir edilmiş və alçaldılmış insanların rəhbərliyi altında döyüşməyin necə olduğunu təsəvvür edirsinizmi?
Mən Rusiya Silahlı Qüvvələrinin rəhbərliyinə, Baş Qərargahın və ümumilikdə Rusiya Federasiyasının bir dövlət olaraq hərəkətlərinə heç bir qiymət vermirəm. Amma demək istəyirəm ki, baş verənlər Rusiyada dövlətçilik ideyasının kobud şəkildə məhv edilməsidir. Dövlətin üç inhisarı var: vergi toplamaq, güc tətbiq etmək və xarici siyasət aparmaq. Ona görə də bir daha vurğulayıram ki, güc tətbiqi inhisarından imtina və bu funksiyanın bəzi quruluşlara ötürülməsi - dövlətçilik ideyasının özünü rədd etməkdir.
Ətraf ölkələrin Rusiyaya necə baxdığına diqqət yetirin. Təbii ki, əsas reaksiya özünü kənara çəkmək və mümkün qədər az qarşılıqlı əlaqə qurmaqdır. Nəticəsini də görürük. Rusiyanın bütün sərhədlərinə baxın: Belarusdan başqa, Rusiyanın indiki siyasətindən uzaqlaşmayan bir ölkə də tapa bilməzsiniz. Hətta Rusiyaya hamıdan çox təsir göstərə bilən Çin belə, Rusiya ilə aşkar məsafə saxlayır, heç bir şəkildə Rusiya rəhbərliyinin hərəkətlərini dəstəkləməyə qoşulmur.
Çox təhlükəli bir şey baş verir: içi olduqca mürəkkəb və təhlükəli iqtisadi, sənaye obyektləri, eləcə də nüvə silahları ilə “doldurulmuş” böyük əraziyə sahib ölkədə dövlətin tikişi sökülür. Mən isə uzun müddətdir, deyirəm ki, prezident bu prosesi dayandırmağa, sadəcə, borcludur. (oxu.az)