Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya yenidən Ukraynanı raketlərlə vurdu - 11 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.

Ukrayna KİV-i xəbər verir ki, Kiyev, Jitomir, Çerkassı, Denpropetrovsk vilayətlərinə hücumlar olub.

Raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum nəticəsində azı 11 nəfər ölüb.

“Bu gün Rusiya Silahlı Qüvvələrinin həm PUA-lar, həm də raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində ölkənin 11 vilayətində 11 nəfər ölüb, 11 nəfər yaralanıb”, - Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.