Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya XİN rəhbəri: “Avropa İttifaqı Bakı və Yerevanla münasibətlərindən sui-istifadə edir”

Avropa İttifaqı çox ciddi şübhələrə səbəb olan qərarlar verərək Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Baramovla görüşün sonunda keçirdiyi brifinq zamanı bildirib.

"Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi onun funksiyaları, mandatı ilə bağlı bir çox suallar doğurur. Texniki detallar (missiyanın) çox vacibdir", - Lavrov deyib.

"Brüssel Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edərək öz missiyasının Ermənistana göndərilməsi barədə qərar verir. Onun müddəti və funksiyaları, eləcə də bunun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib-verməməsilə bağlı çoxlu suallar yaranır. Ancaq bu, tərəflərin suveren seçimidir", - Lavrov deyib.