Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Xerson və Umana raket zərbəsi endirib: Ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

“RBK-Ukraina” xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, sırf Xerson şəhərində 9 nəfər yaralanıb. Onlar daşqınla əlaqədar vətəndaşların təxliyəsinə cəlb olunmuşdular.

Xatırladaq ki, iyunun 8-də rusiyalıların Kaxovka SES-in partlatması nəticəsində su altında qalan Xerson vilayətinin Korabelnı rayonu atəşə tutulub.

Rusiya qoşunları Ukraynanın Çerkas vilayətinin Uman şəhərini də atəşə tutub. Vilayət administrasiyasının rəhbəri İqor Taburets teleqramda bildirib ki, nəticədə 8 nəfər yaralanıb.

Onun sözlərinə görə, yaralananlardan 2-nin durumu ağırdır.

Vilayət rəhbəri qeyd edib ki, raket zərbələri sənaye obyekti və avtoyuma məntəqəsinə endirilib. İkinci hadisədə yanğın başlayıb.