Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya vilayətində fövqəladə vəziyyət

Rusiyanın Kalininqrad vilayətində quraqlıq səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə regionun rəhbəri Anton Əlixanov öz “Telegram” kanalında məlumat verib.

“Əkin sahələri məhv olur, buna görə də regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - deyə o qeyd edib.

Bu barədə qərar fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə regional komissiyanın növbədənkənar iclası zamanı qəbul edilib.

Qubernator bildirib ki, may ayında Kalininqrad vilayətində aylıq yağıntının miqdarının 5,5%-i düşüb. Bu, torpağın qurumasına və meşə yanğınları riskinin yaranmasına gətirib çıxarıb. Sinoptiklərin sözlərinə görə, hələlik yağış gözlənilmir.

Bölgədə yanğınların baş verməsinin qarşısının alınması üçün əlavə tədbirlər görüləcək.