Rusiya və Belarus daş dövrünə qayıdır - Gözlənilən sanksiya gəldi
03 İyun 2022
Tayvan hakimiyyəti Ukraynaya hərbi təcavüz səbəbindən Rusiya və Belarusa müasir çiplərin ixracını qadağan edib.
Ukrinform informasiya agentliyi xəbər verir ki, bu həftə Tayvanın İqtisadiyyat Nazirliyi Rusiyaya ixracı qadağan olunan yüksək texnologiya məhsullarının siyahısını dərc edib. Rusiyanın sanksiyalardan yayınmaması üçün analoji məhdudiyyətlər Belarusa da tətbiq olunacaq. Bundan başqa onlara çip istehsalı üçün avadanlıqlar da satmayacaq.
Aprel ayında Tayvan hakimiyyəti istehsalat, telekommunikasiya və hərbi sənaye sektorları üçün lazım olan yüksək texnologiya məhsullarının Rusiyaya ixracını qadağan edib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib.