Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanı Xəzərdən vurdu: ölən və yaralananlar var - FOTO

Ukraynanın Odessa vilayəti raket hücumlarına məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, 5 Ukrayna vətəndaşı ölüb. Yaralı sayı isə 18 nəfərdir. Ölənlərin sayının artacağı istisna edilməyib.

Bildirilib ki, qanadlı raketlər Rusiyanın “Tu-95” strateji təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb.

Döyüşlər zamanı Cənub Hərbi Hava Qüvvələri Komandanlığının zenit-raket bölmələrinin əsgərləri Odessa şəhərini vuran düşmənin 2 qanadlı raketini və 2 əməliyyat-taktiki PUA-nı sıradan çıxarıblar.

Həmçinin, qeyd olunur ki, Rusiya ordusunun Xəzər dənizindən atdığı qanadlı raketlərdən 2-si hərbi obyektə və digər 2-si isə yaşayış binasına düşüb.



Odessada Xəzərdən vurulan bina