Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Rusiya Ukraynada hərbi əməliyyatı sona qədər aparmalıdır” - Peskov

“Rusiya Ukraynada hərbi əməliyyatı sona qədər aparmalıdır, alternativ yoxdur”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq.

“Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.