Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya "taxıl müqaviləsi"ndən çıxacaq

“Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür”.

Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, taxıl müqaviləsinə xitam veriləcəyi təqdirdə, Moskva öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə tədarükü təmin edəcək.

Nazir söyləyib ki, Qərbdən gələn bütün maneələrə baxmayaraq, Rusiya gübrələrinin və ərzaqlarının ixracı davam edir.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatacaq.