Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Rusiya sanksiyalardan yan keçməyi öyrənib” - İqnat

Rusiya raket istehsalını davam etdirmək üçün lazım olan komponentləri almağa davam edir. Rusiya sanksiyalardan yan keçməyin yolunu tapıb.

Pressklub.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.

"Yüksək dəqiqlikli, uzaqmənzilli raketlər - Kh-101, "İskəndər-M", "İsgəndər-K", "Kalibr", "Xəncər" dəqiq zərbə endirir, onlar bu strateji silahların bütün potensialından istifadə ediblər”, - İqnat bildirib.

Hərbi Hava Qüvvələrinin sözçüsü qeyd edib ki, sanksiyalar kompleks şəkildə işləməyə başlayanda onların effektivliyinə nəzarət ediləcək.