Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya rəhbərliyi ölkə daxilində nəzarəti itirir" - Ukrayna Prezident Ofisi

“Kritik obyektlərdəki partlayışlar, Rusiya bölgələrinə hücum edən naməlum dronlar, qruplaşmalararası toqquşma, partizanların əhalinin məskunlaşdığı ərazilərə hücumu Rusiya daxilində nəzarətin itirilməsinin birbaşa göstəricisidir”.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, bütün bunlar isə müharibənin nəticəsidir: “Ukraynanın Rusiya daxilindəki münaqişələrlə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, martın 2-də Rusiyanın Bryansk şəhərində hərbi toqquşma olub. Rusiya tərəfi buna görə Ukraynanı ittiham edir.