Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Qordonu "terrorçu" elan etdi

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ukraynalı teleaparıcı Dmitro Qordonu ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirakı barədə məlumat olan şəxslər və təşkilatlar siyahısına daxil edib.

“Interfax” xəbər verir ki, jurnalistin adı siyahıya bu gün əlavə olunub.

Bundan əlavə, qurum ukraynalı digər jurnalist, əslən əfqan olan Fəxrəddin Şərəfmalı da siyahıya salıb.

Qanuna əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onlara xidməti dayandırır.