“Rusiya Qarabağda bu addımı atmaqdan yayınır”
22 Yanvar 2023
Ermənistanın “Hraparak” nəşri Qarabağ separatçılarının lideri Arayik Arutunyanın yanvarın 17-də “parlamentin deputatları” ilə qapalı görüş keçirdiyi barədə məlumat yayıb. Guya ki, Arutunyan görüşdə Azərbaycanın Laçın dəhlizinin açılması ilə bağlı tələblərini açıqlayıb.
Bu tələblər belədir: Ruben Vardanyan işdən çıxarılır, Kaşen (Qızılbulaq) mədənində hasilat dayandırılır, Rusiya sülhməramlılarının Laçın yolunda qoyduqları keçid-buraxılış məntəqəsində rentgen skanerləri quraşdırılır, orada Azərbaycan nümayəndələri olur və onlar Ermənistandan Qarabağa və geriyə yüklərin daşınmasına nəzarət edirlər.
Bundan əlavə, 44 günlük müharibə başa çatdıqdan sonra oraya aparılan ağır hərbi texnika Qarabağdan çıxarılmalıdır.
Arutunyanın sözlərinə görə, bu tələblər sülhməramlılar vasitəsilə çatdırılıb, lakin ermənilər onları rədd ediblər, “çünki dəhlizin yenidən bağlanmayacağına heç bir zəmanət yoxdur”, - “Hraparak” yazır.
Erməni mənbələrinin məlumatına görə, bir gün əvvəl Qarabağda sülhməramlıların komandanı general Volkovun iştirakı ilə Bakı təmsilçiləri Arutunyanla görüşüblər. “Turan” xəbər verir ki, Azərbaycan tərəfdən görüşdə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Baş Qərargah rəisinin müavini və digər rəsmi şəxslər iştirak ediblər.
Yanvarın 18-də keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu barədə danışıb. O, bildirib ki, Rusiya tərəfi Laçın yolunda mövcud vəziyyətin həlli ilə bağlı təkliflə çıxış edib.
“Biz çox sadə bir şey təklif etdik. Rusiyanın ora göndərdiyi sülhməramlı kontingentin hərəkətə nəzarət etmək səlahiyyəti var. Və sülhməramlıların hər bir nəqliyyat vasitəsinin içərisində qadağan olunmuş qeyri-humanitar, qeyri-mülki malların olub-olmadığını yoxlamaq üçün hər cür imkanı var.
Dünən və ya srağagün Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə Azərbaycan nümayəndələrinin Qarabağ nümayəndələri ilə görüşü baş tutub. Düşünürəm ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq”, - Lavrov bildirib.
Əgər həqiqətən də bu görüşdə Arayik və Azərbaycanın yüksək rütbəli rəsmiləri iştirak ediblərsə, ortaya təbii suallar çıxır. Axı Azərbaycanda Arutunyana qarşı cinayət işləri qaldırılıb.
“Hraparak” cümə axşamı daha bir maraqlı xəbər yayıb.
Separatçıların lideri Arayik Arutunyan Vitali Balasanyanı siyasi sahəyə qaytarmaq qərarına gəlib. Nəşr iddia edir ki, Arutunyan Balasanyanı qayıtmağa razı sala bilib. O, yaxın günlərdə hərbi məsələlər üzrə müşavir təyin ediləcək və ona “Təhlükəsizlik Şurasının katibi” olduğu zamandakı kimi Azərbaycan tərəfi ilə danışıqları bərpa etmək tapşırılacaq.
Nəşrin məlumatına görə, Balasanyan “dövlət naziri” Ruben Vardanyanın təkidi ilə işdən çıxarılıb. Sonuncu Balasanyanı “Qarabağın maraqlarını müdafiə edə bilməməkdə və danışıqlarda Azərbaycanın tələblərini yerinə yetirməkdə” ittiham edib.
Üstəlik, Vardanyan hesab edir ki, Azərbaycanla danışıqların əhəmiyyəti yoxdur. Çünki Azərbaycanın məqsədi danışıqlar deyil, Qarabağ üzərində tam nəzarətə nail olmaqdır.
Nəşrin yazdığına görə, Arutunyan Azərbaycanla danışıqlara hazır olduğunu nümayiş etdirir. Üstəlik, o, Qarabağda qərarları Ruben Vardanyanın yox, onun verdiyini göstərir.
Maraqlıdır, Bakı Arayikin özü ilə dialoqa getməkdə hansı məqsədləri güdür? Güman etmək olarmı ki, bu səylər sonda Qarabağ ermənilərinin Bakının hakimiyyətini tanımasına gətirib çıxaracaq? Bəs, “Artsax prezidenti” Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbəri və Azərbaycan ordusunun Baş Qərargah rəisinin müavini ilə nədən danışa bilərdi? Hansı sualları, mövzuları nəzərdən keçirə bilərdilər? Balasanyanın qayıdışı nə deməkdir? Moskvanın göndərdiyi “dövlət naziri” Ruben Vardanyan yavaş-yavaş uzaqlaşdırılır?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Press Klubun suallarını cavablandırıb:
- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsas prinsipləri ümumən razılaşdırılıb. Tərəflər arasında əsas fikir ayrılığı Qarabağda yaşayan ermənilərin siyasi taleyi, təhlükəsizliyi və hüquqları ilə bağlıdır. Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışıqlarda heç bir kənar vasitəçiliyi qəbul etmədiyini rəsmən bəyan edib.
Bundan əvvəl Rusiya və Qərb ATƏT-in Minsk Qrupu ilə birgə bu məsələdə vasitəçilik edirdi. Amma indi bu format işləmir. Ukrayna-Rusiya müharibəsi səbəbindən Qərb və Rusiyanın yenidən danışıqlar prosesində birləşməsi xeyli çətinləşib. Azərbaycanın Qarabağ erməniləri ilə birbaşa danışıqlar aparmasına nə Qərb, nə Ermənistan, nə də Rusiya açıq şəkildə etiraz edə bilməz. Lakin Rusiya, Ermənistan və digər vasitəçilər bu formatın uğurlu olmasını istəmirlər. Bütün maraqlı tərəflər bu və ya digər şəkildə bu prosesə müdaxilə etməyə çalışırlar.
Azərbaycan prosesi başa çatdırmaq üçün Qarabağ erməniləri ilə effektiv əlaqə axtarır. Rusiya bu əlaqənin Vardanyanla olmasını istəyirdi. Vardanyan Moskvanın adamı olsa da, ABŞ, Fransa və digər Qərb ölkələrindəki erməni diasporu ilə yaxşı münasibətləri var. O, Azərbaycan-Ermənistan müharibəsində birbaşa iştirak etmədiyi üçün onunla belə müzakirələrin mümkünlüyü daha real görünürdü. Lakin sonradan məlum oldu ki, Rusiya Vardanyanı Qarabağa sülh prosesini pozmaq və yubatmaq üçün göndərib. Rusiya Ukraynadakı problemi həll edənə qədər Qarabağda problemini uzatmaq istəyir. Sülh müqaviləsinin imzalanması hazırda Rusiyanın maraqlarına uyğun deyil. Azərbaycan Vardanyanın xüsusi missiyasını başa düşərək, onunla danışıqlara maraq göstərmədi.
Hazırda Qarabağda faktiki üçhakimiyyətlilik var. Arutunyan rəsmi “qanuni” hakimiyyətdir. Amma 44 günlük müharibədən sonra Arutunyan Ermənistan və Qarabağda hərbi və siyasi təsirini itirib. Hazırda yerli sakinlər, Rusiya, Paşinyan, diaspor təşkilatları və Qərbin bəzi siyasi mərkəzləri Arutunyanın Qarabağda olmasına bir səbəbdən razılıq veriblər. Onun “qanuni seçkilər” vasitəsilə yeni adamla əvəzlənməsi yeni müharibə deməkdir. Hamı başa düşür ki, Arutunyan istefa versə, bu posta yeni “seçkilər” keçirmək mümkün olmayacaq. Belə bir addım atılarsa, Azərbaycan bütün beynəlxalq çağırışlara baxmayaraq, həmin ərazidə genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Rusiya Ukraynada döyüşdüyü bir vaxtda regionda Azərbaycan və Türkiyənin də iştirak ilə yeni müharibə istəmir. Bu, həm də Qərbin bölgəyə gəlməsinə səbəb ola bilər. Ona görə də Rusiya bu addımdan yayınır. Qarabağda yeni seçkilərin keçirilməsinə imkan vermir.
Vardanyan və Balasanyan isə real avtoritetlərdir. Vardanyanın arxasında duran hərbi-siyasi qüvvə Rusiya sülhməramlılarıdır. Vitali Balasanyan isə hazırda Qarabağda ayrı-ayrı silahlı qüvvələri birləşdirən şəxsdir. Rusiya bölgədəki bütün erməni silahlı qruplaşmalarını fərq qoymadan dəstəkləyir. Bu, onların bölgədə qalmasına kömək edir.
Azərbaycanın Vardanyanla təmaslardan qəti şəkildə imtina etməsi Balasanyan və Arutunyanın Rusiya üçün əhəmiyyətini yenidən artırdı.
Azərbaycan Balasanyan və Arutunyana qarşı cinayət işi açıb. Hər ikisi ağır hərbi cinayətlərdə iştirakda ittiham olunur. Azərbaycan onlarla rəsmi səviyyədə hər hansı siyasi müzakirə aparmaq istəmir. Amma bu iki şəxs Qarabağda yaşayan əhaliyə və silahlı birləşmələrə real təsir göstərdiyi üçün Azərbaycan hərbçiləri və xüsusi xidmət orqanları bəzən yerli məsələlərlə bağlı həmin şəxslərlə əlaqə saxlayırlar. Onlar vaxtaşırı Rusiya sülhməramlıları vasitəsilə görüşsələr də, siyasi motivli əlaqələr hələ də istisnadır.
Əksəriyyət anlayır ki, Qarabağda müstəqil dövlət yaratmaq mümkün olmayacaq. Azərbaycan buna imkan verməyəcək. Müharibə yenə də hər iki tərəfdən ağır itkilər, faciələr və fəlakətlərə səbəb ola bilər. Sadə insanlar bu aqibəti bir daha yaşamaq istəmirlər. Qarabağda qalan erməni silahlı qüvvələri yerli əhalini qorxu və təzyiq altında saxlayır. Azərbaycanla bir yerdə yaşamaq istəyənlər çoxdur. Bununla belə, Azərbaycana qarşı inamsızlıq və birgəyaşayışın mümkünlüyü ilə bağlı qeyri-müəyyənlik hələ də var.
Azərbaycanın bir neçə əsas tələbi var. 10 noyabr Üçtərəfli Bəyanatın bəndləri həyata keçirilməlidir. Ermənistan silahlı qüvvələri bu bölgədən çıxarılmalı, faydalı qazıntı yataqlarının işlənməsi dayandırılmalı, sülh prosesinə mane olanlara qarşı tədbirlər görülməlidir. Laçın yolu ilə hərbi yüklərin daşınmasını da dayandırmaq lazımdır. Azərbaycanın Ermənistanla sərhəddə nəzarət mexanizmləri bərpa edilməlidir.
Rauf Orucov