Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusunun iki qərargahı məhv edildi: General öldü

Ukrayna ordusu Rusiyanın iki qərargahını sıradan çıxarıb.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib. İlkin məlumata görə, bir neçə yüz hərbçi öldürülüb.

"Hava-desant qüvvələrinin qərargahı, ikinci birləşmiş ümumi ordu qərargahı İzyuma iki zərbə endirib. Hətta ən az rəqəmlə hesablasaq bir yerdə 100, başqa yerdə 200, üçüncü yerdə azı 100 meyit hesablanıb. Rəqəmlərin yuxarı həddi 200-300-dür”, - Arestoviç bildirib.

Arestoviç, həmçinin şənbə günü KİV-də Rusiya Hava-Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general A.D.Simonovun öldürülməsi ilə bağlı yayılan məlumatı şərh edib.

“Dəqiqləşmə tələb edən bəzi məlumatlara görə, Hava Desant Qüvvələrinin qərargah rəisi məhv edilib”, - o vurğulayıb.