Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusunun hədəfindəki üç bölgə

Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilər üzrə reinteqrasiya naziri İrina Vereşçuk Luqansk, Donetsk və Xarkov vilayətlərinin sakinlərini təxliyə etməyə çağırıb.

O, sözügedən vilayətlərin rus ordusunun atəşi altında qala biləcəyəni deyib.

“Xarkov, Luqansk və Donetsk vilayətlərinin hərbi administrasiyalarının rəhbərləri əhalidən regionların sərhədlərini tərk etməyi istəyir və təxliyənin təşkilini təmin etmək üçün hər şeyi edirlər. Bu, indi vacibdir, əks halda, insanlar atəş altında qalacaq və ölümlə hədələnəcəklər. Bunun əleyhinə heç nə edə bilməyəcəklər və biz də kömək edə bilməyəcəyik. Çünki baş verənləri dayandırmaq demək olar ki, mümkün olmayacaq. Belə bir ehtimal olduğu halda insanları evakuasiya etmək lazımdır. Hazırda insanlar hələ də oradadırlar”, - Vereşçuk bildirib.

Onun sözlərinə görə, hər kəs təəssüf ki, müharibənin daha da genişlənməsinə hazır olmalıdır.

Ukrayna Müdafiə Nazirliyi də ölkənin şərq bölgələrində irimiqyaslı döyüşlərin başlayacağı ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, ruslar Slavyansk və cənub istiqamətində texnika və canlı qüvvə toplayırlar.