Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya müharibəni danışıqlar yolu ilə dayandırmaq istəyir?

“Biz Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın şərtləri ilə razılaşmasında maraqlıyıq”.

“RİA Novosti” xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bu barədə Fransanın “LCI” telekanalına müsahibəsində danışıb.

“Biz danışıqlar vasitəsilə hərbi əməliyyatı dayandırmaq istəyirik”, - deyə Peskov söyləyib.

Prezidentin köməkçisi Rusiya qoşunlarının Kiyev vilayətindən geri çəkilməsinə münasibət bildirib.

“Danışıqlarla bağlı əlverişli şərait yaratmaq üçün xoşməramlı jest etmək istədik. Danışıqlar zamanı ciddi qərarlar qəbul edə bilərik, bu səbəbdən də Prezident Putin qoşunlarımıza Kiyev vilayətindən çəkilməyi əmr etdi”, - deyə Peskov söyləyib.